Dünya
Yunan polisi Saakaşvilini saxladı və ...
Gürcüstan hakimiyyəti Türkiyədən Yunanıstanın Samos adasına gedən sabiq prezident Mixail Saakaşvilini saxlamaq xahişi ilə rəsmi Afinaya müraciət etmişdi.
Yunan polisi də onu saxlayıb. Lakin az sonra da sərbəst buraxıb. Çünki Saakaşvilinin beynəlxalq qaxtarışa verilməsi proseduru hələ tam başa çatmayıb”.
Virtualaz.org saytı xəbər verir ki, bunu xarici mətbuata açıqlamasında Gürcüstanın Yunanıstandakı səfiri David Bakradze deyib.
Səfirin sözlərinə görə, Yunanıstanın Samos adasının polis rəisi Dmitros Kapakidi ona Gürcüstanın bir neçə vətəndaşının, o cümlədən Saakaşvilinin Türkiyədən adaya gələn gəmidə olması barədə məlumat verib.
“Yerli polisin verdiyi məlumata görə, sərhəddə Saakaşvilinin pasportu yoxlanarkən məlum olub ki, gürcü tərəfi rəsmi Afinaya sabiq prezidenti saxlamaq barədə xahişnamə göndərib. Polis Saakaşvilini saxlayıb. Lakin sonra o da məlum olub ki, müvafiq prosedurlar hələ başa çatmayıb, ona görə də Yunanıstanın sabiq prezidenti saxlamaq hüququ yoxdur” – deyə səfir D.Bakradze bildirib.
-
ABŞ08:24
"The Washington Post"un baş redaktoru İSTEFA VERDİ
-
Səhiyyə07:30
Xərçəngi aşkarlayan süni intellekt yaradıldı
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Dünya04:44
ABŞ super donuzlar tərəfindən İŞĞAL EDİLƏ BİLƏR
-
Magazin104:14
Aygün Kazımova final matçında şou göstərdi - VİDEO
-
Nəqliyyat02:12
Bazar günləri parklanma ilə bağlı qanunsuz ödənişlər alınır? - VİDEO
-
Dünya01:41
Dəhşətli AİLƏ FACİƏSİ: arvadını və yeddi qohumunu baltaladı, özü isə...
-
Sosial01:11
Çingiz Qənizadəyə ağır itki üz verdi