Polşa Belarusla sərhəddəki bufer zonasını QAYTARIR
Bizi izləyin

Avropa

Polşa Belarusla sərhəddəki bufer zonasını QAYTARIR

Çərşənbə axşamı günündən etibarən Polşa Belarusla sərhədindəki bufer zonasını geri qaytarır.

Publika.az xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Vladislav Kosinyak-Kamış jurnalistlərlə söhbəti zamanı bildirib.

Qeyd edilib ki, bufer zonası Qaynovski və Bialistok rayonlarında fəaliyyət göstərəcək. Bu zonalarda sərhədə 100 metrdən artıq yaxınlaşmaq mümkün olmayacaq.

Hazırda Polşa və Belarus sərhədində 190 kilometr uzunluğunda metal maneə quraşdırılıb.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk bu mühafizənin gücləndirilməsinə ehtiyac olduğunu bildirmişdi. Bəyanat bıçaqla silahlanmış miqrantın polşalı əsgərə hücumundan sonra verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm