Dünya
ABŞ-dan İŞİD-in ikinci edam videosuna münasibət
Ağ Ev ötən gün “İslam Dövləti” (İŞİD) terror qruplaşması
başqa bir ABŞ-lı jurnalistin başının kəsilməsini əks etdirən
görüntülərə münasibət bildirib.
Publika.az-ın BBC-yə istinadən məlumatına görə, İŞİD qruplaşması
Ceyms Folidən sonra daha bir ABŞ-lı jurnalist Stiven Sotlofun da
başını kəsməsini əks etdirən görüntülər yayıb.
Vaşinqton bu barədə ilk münasibətini çatdırıb. Yayılan yeni
görüntülərlə bağlı Ağ evdən verilən rəsmi açıqlamada videonun
həqiqi olub-olmamasının ilk baxışdan şübhə yaratdığı deyilir.
Xatırladaq ki, 31 yaşlı floridalı jurnalist ötən ilin avqust ayında
Suriyanın şimalında gedən daxili qarşıdurmalar zamanı İŞİD
silahlıları tərəfindən əsir götürülüb. İŞİD terror qruplaşması
bundan əvvəl yaydığı videoda Sotlofun taleyinin Obamanın əlində
olduğunu vurğulamış və ABŞ prezidentinin terrorçu qruplaşmaya qarşı
hücumlarını dayandırmayacağı halda, jurnalistin öldürəcəyi
bildirilmişdi.
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO