Dünya
Taxıl Qara dənizlə ixrac olunarsa – İSTANBUL GÖRÜŞÜ
İstanbulda keçirilən görüşdə Qara dəniz vasitəsilə taxıl tədarükü üçün təhlükəsizlik dəhlizlərinin yaradılması ilə bağlı razılıqların əldə olunması Ukrayna böhranının həllinə kömək edə bilər.
Publika.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Mühiddin Ataman deyib.
Onun sözlərinə görə, görüş uğurlu olarsa, bu, Ukrayna böhranının həllinə töhfə verə, heç olmasa, onun kəskinləşməsinin qarşısını ala bilər.
Ekspertin fikrincə, Türkiyənin iştirakı ilə İstanbul görüşündən əvvəl tərəflər arasında aparılan danışıqlar bu prosesin uğurla keçirilməsi üçün ilkin şərtlər yaradıb:
“Ukraynadan taxıl ixracı ilə bağlı problemin həlli təkcə Türkiyənin qələbəsi olmayacaq, bu, Ukrayna böhranının həllinin axtarışı və qarşıdurmanın məhdudlaşdırılması yolunda beynəlxalq ictimaiyyətin qələbəsi olacaq”.
Təhlükəsizlik üzrə ekspert Çətin Çətinər isə hesab edir ki, Ukrayna və gələcəkdə Rusiya taxılının Qara dəniz vasitəsilə ixrac probleminin həlli Moskva və Kiyev arasında yaxınlaşma ilə yanaşı, Yaxın Şərq və Afrikada ərzaq böhranını aradan qaldıracaq:
“Müxtəlif mənbələrə görə, hazırda Ukrayna limanlarında təxminən 21 milyon tona yaxın taxıl var. Bu gün buna hər kəsdən çox Yaxın Şərq və Afrika ölkələrinin ehtiyacı var, ona görə də İstanbulda keçirilən görüşün uğuru onlara ərzaq böhranının qarşısını almağa kömək edəcək.
Taxıl dəhlizinin yaradılmasından təkcə Ukrayna deyil, dünyanın ən böyük taxıl istehsalçılarından biri olan Rusiya da qazanacaq. İstanbulda razılaşma əldə edildikdən sonra Rusiyaya qoyulan embarqoların yumşaldılmasını gözləmək olar. Düşünürəm ki, bu məsələlər BMT ilə müzakirə olunur”.
Ukrayna taxılının dəniz yolu ilə ixracı məsələsi ilə bağlı Ankara, Moskva, Kiyev və BMT nümayəndələrinin çərşənbə günü İstanbulda görüşü keçiriləcək.
-
İdman06:46
“Barselona”nın ulduzu həyat yoldaşına sürpriz etdi - FOTO
-
Magazin106:16
Leylanın evinin həyətinə METEORİT DÜŞDÜ - VİDEO
-
Səhiyyə05:45
ÜST-dən xərçənglə bağlı QORXULU PROQNOZ - "İki dəfə artacaq..."
-
ABŞ02:42
ABŞ BMT-nin İnsan Haqları Şurasından ÇIXDI
-
Sosial02:12
Onun qardaşı 12 ilədək HƏBS EDİLƏ BİLƏR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Axşam romantik hisslər yüksələcək
-
MDB4 Fevral 23:36
Yeniyetmə qız izsiz YOXA ÇIXDI: 6 gündür axtarışdadır - FOTO
-
Magazin14 Fevral 23:12
“Deyirlər ki, marketlərdəki düyülər plastikdən hazırlanır”