Avropa
Bu ölkədə iş saatı AZALDILDI
İspaniya hökuməti ifrat solçu Sumar partiyasının maaşlara toxunmadan iş həftəsinin 40 saatdan 37,5 saata endirilməsi təklifi ilə razılaşıb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Həftəlik hökumət iclasında qəbul edilən qərar Sumar partiyasının lideri, baş nazirin müavini və əmək naziri Yolanda Diazın imzaladığı fərmanla təsdiqlənib.
"Bu təklif daha yaxşı yaşamaq, daha az işləmək və daha məhsuldar və iqtisadi cəhətdən səmərəli olmaq məqsədi daşıyır", - Diaz jurnalistlərə açıqlamasında bildirib.
Qərarın qüvvəyə minməsi üçün hələ də İspaniya parlamentinin təsdiqi tələb olunur. Qeyd edək ki, sosialist baş nazir Pedro Sançesin rəhbərlik etdiyi hökumət parlamentdə aydın çoxluğa malik deyil və bir neçə kiçik partiyanın xüsusi dəstəyinə ehtiyac duyur.
-
İdman11:12
Lalə Maldivdən elə FOTOLAR paylaşdı ki...
-
Elm və təhsil10:45
Nazir onlara yüksək vəzifə verdi - FOTO
-
Region10:18
Paşinyandan etiraf: Nə qədər müstəqil, təhlükəsiz olacağımız bundan asılıdır
-
MDB10:12
Ukraynada demoqrafik problem: bu türk dövlətlərinin vətəndaşlarını dəvət edəcəklər
-
MDB09:42
Prezident işarə verdi: Satqın ermənini biz öldürmüşük
-
Avropa09:24
Bu Avropa ölkəsində məktəbdə qətliam: 10 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO
-
Dünya09:00
Güclü zəlzələ daha bir ölkəni YERİNDƏN OYNATDI
-
İdman06:46
“Barselona”nın ulduzu həyat yoldaşına sürpriz etdi - FOTO