İki güclü zəlzələ Pakistanı SİLKƏLƏDİ
Bizi izləyin

Dünya

İki güclü zəlzələ Pakistanı SİLKƏLƏDİ

Pakistanın Bəlucistan əyalətinin Pasni şəhəri sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Pakistan Milli Seysmik Nəzarət Mərkəzi (NSMC) məlumat yayıb.

Zəlzələnin episentrinin Qvadar yaxınlığındakı Pasni şəhərindən 13 kilometr cənub-şərqdə, 60 kilometr dərinlikdə olduğu açıqlanıb.

NSMC 10 dəqiqədən sonra eyni bölgədə 5 bal gücündə növbəti təkanın baş verdiyini və ətraf ərazilərdə də hiss edildiyini bildirib.

Zəlzələ nəticəsində ölən və dağıntılarla bağlı məlumat verilməyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm