"F-16" danışıqları - Türkiyə heyəti ABŞ-a gedir
Bizi izləyin

Dünya

"F-16" danışıqları - Türkiyə heyəti ABŞ-a gedir

ABŞ və Türkiyənin nümayəndə heyətləri arasında F-16 hərbi təyyarələri ilə bağlı danışıqların üçüncü raundu Vaşinqtonda keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə Rusiya-Ukrayna müharibəsində vasitəçi rolunu öz üzərinə götürməsi və bundan sonra taxıl dəhlizinin qurulmasına rəhbərlik etməsi səbəbindən Vaşinqtonun Ankaraya F-16 döyüş təyyarələrinin satışını asanlaşdıracağı gözlənilir.

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığı təcili ehtiyaclar çərçivəsində keçən il sözügedən hərbi təyyarələrlə bağlı ABŞ-a müraciət edib. Tələb 40 ədəd döyüş təyyarəsinin alınmasını və 79 ədəd F-16-nın modernləşdirilməsini əhatə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm