Dünya
İŞİD İsrailin qapısında - Şok iddialar
İsrailin “Yerusəlim Post” qəzetinin analitiki sensasiyalı məqalə ilə çıxış edib.
Axar.az xəbər verir ki, jurnalist Yossi Melman rəsmi Tel-Əvivin İŞİD-i qanunsuz olaraq terror təşkilatı saymadığını yazıb. Ancaq müəllif ölkəsini müdafiə edərək qeyd edib ki, İsrail tərəfinin etiraza səbəb olan bu açıqlaması texniki xətadır.
İŞİD-in İsrail üçün təhdid və təhlükə olmadığının vurğulandığı məqalədə jurnalist rəsmilərə istinadla ölkənin Suriya ilə sərhədində İŞİD qüvvələrinin olmadığını da önə çəkib:
“İsrail sərhədində daha çox Əl-Qaidənin törəməsi olan Əl-Nusra, həmçinin, Azad Suriya Ordusundan uzaqlaşanlar, Müsəlman Qardaşları qruplaşmaları mövcuddur”.
Əl-Nusra və Müsəlman Qardaşları qüvvələrinin İsrailə nifrət etdiyini xatırladan müəllif onların hələlik heç bir təhlükə olmadığını söyləyib.
Bununla belə, İsrailin sərhəd kəndlərində tək-tük İŞİD təbliğatçılarının görünməyə başlandığı da vurğulanıb. Hətta İŞİD qüvvələrinin Qəzza və Fələstin ərazisində olduğu da iddia olunub.
Məqalədə HƏMAS polisinin məscidlərdə aparılan təbliğatla bağlı ciddi tədbirlərə başladığı bildirilib.
Jurnalist Melman onu da yazıb ki, israilli olan onlarla ərəb Türkiyə yolu ilə Suriyaya döyüşməyə gedib və əsasən də Əl-Nusra cəbhəsində yer alıblar.
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi