Dünya
Ukraynada könüllü batalyonlar uğrunda “müharibə” gedir
Ukraynanın şərqində antiterror əməliyyatlarında fəal iştirak edən “Azov” könüll batalyonu Milli Qvardiyanın tərkibinə keçə bilər.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Ukrayna Daxili İşlər Naziri Arsen Avakov “Azov” batalyonunu Milli Qvardiyaya keçirmək istədiyini bildirib.
“Azov” könüllü batalyonunun döyüş qabiliyyətini yüksək qiymətləndirirəm. Batalyon müdafiəni düzgün və cəsarətlə saxlayır. Bəzi qorxaqlar kimi birinci atəşdən sonra qaçmırlar”, - Avakov deyib.
Nazirin sözlərinə görə, batalyon komandiri ilə bu məsələ artıq müzakirə olunub: “Düşünürəm ki, uyğun bir format tapa biləcəyik. Ukraynanın müdafiəsi daha güclü olacaq və könüllü batalyon əvvəlki kimi qalacaq. Amma batalyon ciddi şəkildə silahlandırılan hərbi birləşmə olacaq", - Avakov əlavə edib.
Qeyd edək ki, Milli Qvardiya hüquq-mühafizə orqanlarının əməkdaşlarından təşkil olunmuş hərbi qruplaşmadır. Milli Qvardiya Ukrayna Daxili İşlər Nazirliyinə tabedir və 12 mart 2014-cü il “Ukraynanın Milli Qvardiyası Haqqında” qanunu ilə yaradılıb.
Bundan əvvəl isə könüllü batalyonların bəziləri Müdafiə Nazirliyinin tərkibinə keçmək istəyini bildirib. Onlar arasında “Azov” batalyonu da var. Digərləri isə “Donbas” və “Dnepr-1” batalyonlarıdır.
“Donbas”, “Dnepr-1” və “Azov” könüllü batalyonlarının nümayəndələri Müdafiə Nazirliyinə müraciət edib. Onlar batalyonların Ukrayna ordusunun tərkibinə keçirilməsini xahiş edirlər”, - Ukraynanın müdafiə nazirinin məsləhətçisi Aleksandr Danilyuk deyib.
Ömər Dağlı
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO