Dünya
Putin öz səlahiyyətlərini artırdı
Rusiya prezidenti Vladimir Putin hərbi-sənaye
komissiyasına birbaşa nəzarət etmək üçün səlahiyyətlərinin
genişləndiriləməsinə dair sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, Moskvada hökumət rəsmiləri ilə
görüşdə danışan Putin potensial hərbi təhlükələrin
dəyərləndirilməsi və buna müvafiq cavabın tapılmasına çağırıb.
O, ABŞ-ın Avropada raketlərdən müdafiə sistemini qeyd edərək, bunu
NATO qüvvələrinin Şərqi Avropada yerləşdirilməsi adlandırıb.
NATO bu yaxınlarda çevik qüvvələrin yaradılacağını elan edib. ABŞ
prezidenti Barak Obama bunun Rusiya üçün Ukraynanın şərqində
hökumət qüvvələri və Rusiya tərəfdarı separatçılar arasında
münaqişəyə bənzər mümkün təcavüzə yol verməməsi üçün siqnal
olduğunu deyib.
Putin bildirib ki, Ukraynada böhran Rusiyanın bəzi Qərb
tərəfdaşları tərəfindən yaradılıb və ondan NATO-nun dirçəlməsi üçün
istifadə edilir.O, hökumətinin Rusiyanın təhlükəsizliyi ilə bağlı
qərarlar verdikdə bunun nəzərə alındığını deyib.
Putin bildirib ki, Rusiyanın müdafiə planları nüvə silahlarından
istifadədən çəkinmə siyasətinin davamını, strateji və uzun mənzilli
raketlərin təkmilləşdirilməsini və hava hövzəsinin müdafiəsi
siteminin inkişaf etdirilməsindən ibarətdir. “Lakin Rusiya yeni
silah yarışına qoşulmayacaq”-deyə o əlavə edib.
Qeyd edək ki, Ukrayna böhranı səbəbindən ABŞ başda olmaqla Qərb
ölkələrin təzyiqləri ilə üz-üzə qalan Rusiya hərbi potensialını
nümayiş etdirməyə başlayıb.
"Bulava" adlı raketin sınağı Rusiyanın şimal-qərbində yerləşən Ağ
dənizdə keçirilib. Rusiya Müdafiə Nazirliyi daha 2 sınağın
keçiriləcəyini açıqlayıb. Nazirliyin sözçüsü İqor Konaşenkov çox
sayda döyüş başlığı daşıma xüsusiyyətinə sahib "Bulava" raketinin
Ağ dənizdə olan "Vladimir Manomah" adlı atom sualtı qayığından
atıldığını bildirib.
Nüvə başlıqılı raketin sınağının sualtı döyüş sistemlərinin
idarəsinin proqramı çərçivəsində həyata keçirildiyini deyən
Konaşenkov raketin uğurla ölkənin şərqində yerləşən Kamçatkadakı
Kura poliqonuna çatdığını söyləyib.
Qeyd edək ki, "Bulava" adlı raket 12 metr uzunluğundadır və ABŞ-ın
II Dünya Savaşında Yaponiyanın Xirosima şəhərinə atdığı atom
bombasından 100 dəfə güclüdür.
Xatırladaq ki, Rusiyanın 2013-cü ilin sentyarın 6-da "Aleksandr
Nevskiy" sualtı qayığından atdığı raketin sınağı uğursuz
olmuşdu.
-
Nəqliyyat23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI