Rusiya şəkərin ixracına müvəqqəti qadağa qoydu
Bizi izləyin

Ekopublika.az

Rusiya şəkərin ixracına müvəqqəti qadağa qoydu

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin "Telegram" kanalında bildirilib.

Qeyd edilib ki, qərar daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıyır.

Qərarda bir sıra istisnalar nəzərdə tutulur. Belə ki, Avrasiya İqtisadi İttifaqı ölkələrinə müəyyən həcmlərdə şəkər tədarükü mümkün olacaq.

Məhdudiyyət 31 avqust 2024-cü il tarixinədək qüvvədə olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm