Türkiyədə üç tanınmış jurnalist həbs edilib
Bizi izləyin

Dünya

Türkiyədə üç tanınmış jurnalist həbs edilib

Türkiyənin "Təqvim" qəzetinin xəbər müdiri ilə birlikdə 3 jurnalist gözaltına alındı.

Türkiyənin "Təqvim" qəzetinin xəbər müdiri ilə birlikdə 3 jurnalist gözaltına alındı.

"Təqvim" qəzetinin Haber müdiri Mevlüt Yüksel, "A Haber"in operatoru Mutlu Şimşək və "Sabah"ın müxbiri Atsız Günəbakan Kilisin Yavuzlu ərazisi sərhədində saxlanılıb.

Türkiyə mediasının verdiyi məlumatına görə, 3 media mənsubu minalanmış bölgəyə girərək icazəsiz çəkiliş etdikləri üçün təqsirləndiriliblər.

Jurnalistlərin jandarma nəzarətindən prokurorluğa aparılacağı bildirilib.

Xatırladaq ki, "Təqvim" qəzeti xəbər müdiri Mövlud Yüksəl "CNN" aparıcısı Amanpura açdığı məhkəmə iddiası və Gəzi Parkı hadisələrindən sonra ağacla etdiyi müsahibə ilə yadda qalmışdı. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm