Dünya bu iddiadan danışır: Səhhəti pisləşən Putin yerinə kimi seçib?
Bizi izləyin

Dünya

Dünya bu iddiadan danışır: Səhhəti pisləşən Putin yerinə kimi seçib?

2022-ci il fevralın 24-də Rusiya ilə Ukrayna arasında müharibə başlayanda rusiyalı politoloq Valeri Solovey iddia ilə gündəmə gəldi. O, Rusiya lideri Vladimir Putinin ancaq Qərbin verdiyi xərçəng dərmanları ilə həyatını davam etdirə bildiyini ifadə etmişdi. Solovey həmçinin səhhəti ağırlaşan Putinin yerinə gələcək adları da müəyyən etdiyini iddia etmişdi.

Publika.az xəbər verir ki, o, 2023-cü ilin Putinin vəzifədə qalacağı son il ola biləcəyini ifadə edib.

"Putin müharibəni davam etdirmək üçün Qərbin xərçəng dərmanları və müalicələri ilə həyatda qala bilir. Amma heç bir dərman sonsuza qədər uğur gətirə bilməz", - deyə Solovey bildirib.

Politoloq iddia edir ki, Putinin varisi kimi seçməyi planlaşdırdığı şəxslərdən biri də kənd təsərrüfatı naziri vəzifəsini icra edən 45 yaşlı Dmitri Patruşevdir.

Qeyd olunub ki, Rusiya kəşfiyyat idarəsinin FSB-nin keçmiş rəhbəri Nikolay Patruşevin oğlu, həm də anti-qərbçiliyi ilə tanınan Dmitri Patruşev ictimaiyyət tərəfindən o qədər də tanınmır.

Moskvanın nüfuzlu qurumlarından biri olan Beynəlxalq Münasibətlər İnstitutunun keçmiş professoru Solovey bildirib ki, digər namizəd 50 yaşlı Aleksey Dyumindir.

Mətbuat katibinin sözlərinə görə, Putinin keçmiş mühafizəçisi Dyumin daha sonra müdafiə nazirinin müavini vəzifəsini icra edib. Dyumin Tula vilayətinin qubernatoru vəzifəsini davam etdirir.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm