Anatoli Konkov 75 yaşında vəfat etdi
Bizi izləyin

İdman

Anatoli Konkov 75 yaşında vəfat etdi

SSRİ yığmasının tərkibində 1972-ci il Avropa çempionatının gümüş mükafatçısı Anatoli Konkov 75 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, sovet futbolçusu və məşqçisinin ölümü ilə bağlı Ukrayna Futbol Assosiasiyası məlumat yayıb. Konkov futbolçu kimi Donetsk “Şaxtyor”unda və 4 dəfə SSRİ çempionu olduğu Kiyev “Dinamo”sunda çıxış edib, UEFA Kuboklar Kubokunu və UEFA Super Kubokunu qazanıb.

Konkov SSRİ yığmasının heyətində 47 oyun keçirib və 8 qol vurub. Milli komanda ilə 1972-ci ildə Avropa çempionatında gümüş, 1976-cı ildə Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Konkov 1990-cı ildə “Zenit”i çalışdırıb, daha sonra Ukrayna millisində işləyib (1995), 2012-ci ilin sentyabrından 2015-ci ilin yanvarına kimi Ukrayna Futbol Federasiyasına rəhbərlik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm