Dünya
Bu sürücülərin hüquqları əlindən alındı: qəzaların sayı...
Yaponiyada sürücülük vəsiqəsini yeniləmək üçün koqnitiv testdən keçməyin məcburi olmasından sonra qəzaların sayı azalıb.
Publika.az xəbər verir ki, bu barədə “Journal of the American Geriatrics Society” jurnalında məqalə dərc olunub.
Tədqiqat üçün alimlər Yaponiya polisindən 70 yaşdan yuxarı insanlar arasında yol-nəqliyyat hadisələrinin sayı, həmçinin piyadaların və velosipedçilərin xəsarət alması barədə məlumat götürüblər.
2012-ci ilin iyulundan 2019-cu ilin dekabrına qədər olan dövr nəzərdən keçirilib. 2017-ci ilin mart ayından etibarən yaşı 75 və yuxarı olan sürücülər vəsiqələrini yeniləmək üçün koqnitiv testdən keçməli, nəticələr qənaətbəxş olmadığı təqdirdə isə həkimə müraciət etməli idilər. Həkim demensiya diaqnozu qoyarsa, hüquqlar ləğv edilə və ya dayandırıla bilər.
2012-ci ildən 2019-cu ilə qədər yaşı 70 və yuxarı olan şəxslər arasında 602 885 sürücü qəzası, 196 889 piyada və velosipedçi xəsarət alıb.
Yeni qaydaların tətbiqindən sonra kişi sürücülər arasında toqquşmaların sayı azalıb, piyadaların və velosipedçilərin xəsarət alması isə hər iki cins üzrə artıb.
“Yaşlı velosipedçilər və piyadalar üçün təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Biz, həmçinin yaşlılara sürücülük hüququndan imtina etmək üçün lazımi yardım göstərməliyik”, - müəllif Haruhiko İnada izah edib.
Aydan
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO