Dünya
Tayvan və Çin arasında yeni böhran

Tayvan Müdafiə Nazirliyi bildirib ki, dünən axşamdan bu gün səhərə qədər adanın ətrafında Çinə məxsus 29 hərbi təyyarə və 4 döyüş gəmisi aşkar edilib.
Publika.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, 29 təyyarədən 21-i Tayvanın “Hava Hücumundan Müdafiə Təsnifat Zonası” (ADIZ) elan etdiyi əraziyə daxil olub. ADIZ-in cənub-qərb hissəsinə 17 “J-10” və 4 “J-16” qırıcısı uçub.
Adanın ətrafında aşkar edilən təyyarə və gəmilərin elektron izləmə cihazları, patrul təyyarələri, gəmilər və yerüstü raket sistemləri ilə izləndiyi bildirilib.
Uçuşlar və gəmi patrulları ABŞ-ın dövlət katibi Entoni Blinkenin Tayvanın Çinin daxili işi olmadığını və buradakı münaqişənin bütün dünyaya təsir edəcəyi ilə bağlı açıqlamalarından sonra yaranıb.
Ukrayna Müharibəsinin ildönümü ilə bağlı “The Atlantic” jurnalına müsahibə verən Blinken, “Çinin təcavüzü səbəbindən Tayvanda böhran baş verərsə, bunun dünya iqtisadiyyatı və digər ölkələr üçün nəticələri fəlakətli olacaq” deyib.
Aydan

-
Qoroskop00:15
Günün ULDUZ FALI: Problemlərdən qurtulmaq, yeni dost tapmaq şansları var
-
Nida Xəbər 29 Sentyabr 23:20
XİN-dən Almaniyaya: Dağlıq Qarabağ deyil, Qarabağdır!
-
İdman29 Sentyabr 22:06
"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi
-
Nida Xəbər 29 Sentyabr 21:33
Ajda Pekkan Qənirə Paşayevadan yazdı - FOTO
-
MDB29 Sentyabr 19:19
Putin orduya çağırışla bağlı fərman imzaladı
-
Nida Xəbər 29 Sentyabr 18:56
Hakan Fidan Azərbaycan xalqına başsağlığı verdi
-
Nida Xəbər 29 Sentyabr 18:38
Qarabağda müsadirə edilmiş silah-sursatın son siyahısı
-
Nida Xəbər 29 Sentyabr 18:27
Azərbaycan rəsmisi Xankəndidən şəklini paylaşdı - FOTO