Avropa
"Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq" - Rəsmi London

Böyük Britaniyanın xarici işlər nazirinin müavini Stiven Doutinin nümayəndələri “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin uğradığı qəzanın araşdırılmasında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə təmasdadırlar.
Publika.az “Report”s istinadla xəbər verir ki, bu barədə Xarici İşlər, Birlik və İnkişaf Nazirliyində Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Douti parlamentin Mühafizəkar Partiyasının üzvü Vendi Mortonun AZAL-a məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması ilə bağlı Britaniya hökumətinə ünvanladığı suala cavabında bildirib.
“Düşüncələrimiz bu hadisədən təsirlənən hər kəs, o cümlədən həlak olanların ailə üzvləri və dostları ilədir”, – o qeyd edib.
Diplomatın sözlərinə görə, London “Braziliya, Azərbaycan və Qazaxıstanı faciənin hərtərəfli və müstəqil təhqiqatını təmin etmək işində dəstəkləyir”.
“Mənim rəsmilərim Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasda qalırlar”, – o vurğulayıb.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər ölüb, 29 nəfər isə yaralanıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş vermiş fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

-
Magazin206:46
Alişan "Sevgililər günü"nü həyat yoldaşı ilə Məkkədə qeyd etdi - Foto
-
ABŞ03:35
Trampdan Çinə 600 milyard dollarlıq zərbə
-
Sosial03:18
Əsgər yaxınlarının nəzərinə!
-
Sosial02:00
Bakı bulvarının ərazisi genişləndirilir - Hansı dəyişikliklər olacaq?
-
Hadisə01:20
Mingəçevirdə qatar avtomobillə toqquşdu: yaralılar var
-
ABŞ01:00
Bu jurnalistlərin Ağ Evə girişi məhdudlaşdırıldı - SƏBƏB
-
Nida Xəbər 14 Fevral 23:15
Bu məntəqələrin nəticələri ləğv olundu - SİYAHI
-
Magazin114 Fevral 22:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto