Dünya
NASA-nın 20 illik ARAŞDIRMASI: Bəşəriyyəti bu fəlakətlər gözləyir
NASA alimlərinin son araşdırması iqlim böhranı ilə bağlı dəhşətli həqiqəti üzə çıxarıb. Araşdırmaya görə, qlobal temperaturun rekord həddə yüksəldiyi son 20 ildə həm quraqlıq, həm də daşqınların artdığı halda, 2015-ci ildən bu yana rekord temperaturların yaşandığı bildirilib.
Publika.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
NASA-da çalışan elm adamları tərəfindən aparılan son araşdırmalar, iqlim böhranı ilə əlaqəli olaraq, quraqlıq və daşqınların getdikcə daha tez-tez, geniş və intensiv şəkildə baş verdiyini ortaya çıxarıb.
Araşdırmada iqlim böhranı ilə bağlı fəlakətlərin daha da artacağı ortaya çıxıb.
Tədqiqatın aparıcı müəllifi Metyu Rodell NASA-nın 2002-ci ildən 2021-ci ilə qədər olan 20 illik peyk məlumatlarına baxaraq, Yer kürəsində su ilə bağlı ekstremal hadisələrin ölçüsünü, müddətini və şiddətini təhlil edib.
Bu çərçivədə 505 ekstremal yağış hadisəsi və 551 ekstremal quraqlıq hadisəsi araşdırılıb ki, bunların təxminən 70 faizi altı ay və ya daha az, təxminən 10 faizi isə bir ildən çox davam edib.
Alimlər müəyyən ediblər ki, rekord temperatur tendensiyası başlayan 2015-ci ildən bu ekstremal hadisələrin intensivliyi və tezliyi artıb.
"Biz bunun qlobal istiləşmə ilə bağlı ola biləcəyini düşündük, çünki bilirik ki, son 7 ildə ən yüksək temperatur qeydə alınıb. Bu hadisələrin dünya miqyasında tezliyi ilə daha yüksək temperatur arasında əhəmiyyətli korrelyasiya var idi ", - Rodell bildirib.
Araşdırmada bu qənaətin doğruluğunu təmin etmək üçün təhlillər etdiklərini ifadə edən Rodell, iqlim böhranının təsirlərinin digər təbii göstəricilərdən daha güclü olduğunu təsbit etdiklərini söyləyib.
Rodell, araşdırmanın, insanlara qlobal temperaturun hər cüzi artımının dünyanı istiləşdirən çirklənmənin artmasının qarşısını almaq lazım olduğunu başa düşməyə kömək edəcəyinə söyləyib
Aydan
-
Dünya05:45
Bu ölkədə quş qripinə İLK YOLUXMA - Alimlər qorxurlar ki...
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Yanlış seçim riski böyükdür
-
Pul10 Noyabr 23:12
"Bitcoin"in qiyməti 3-cü dəfə TARİXİ MAKSİMUMA ÇATDI
-
Nəqliyyat10 Noyabr 22:48
Sabahdan 11 yolda məhdudiyyət tətbiq ediləcək - SİYAHI
-
Magazin110 Noyabr 22:36
Lalə Məmmədovadan cəsarətli pozalar - FOTO
-
Dünya10 Noyabr 21:30
5,9 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Sağlamlıq10 Noyabr 20:30
Bu qidalar depressiya riskini AZALDIR
-
Magazin210 Noyabr 20:12
Sevil Vəliyevadan ŞOK QADAĞA: "Mahnılarımı avtomobildə səsləndirməyin" - FOTO