Dünya
Prezidentdən "vətəndaş müharibəsi" xəbərdarlığı

Netanyahu hökumətinin gətirmək istədiyi məhkəmə tənzimləməsi səbəbiylə ölkə böhranlarla mübarizə apararkən, İsrail prezidenti Hersoq 'vətəndaş müharibəsi' xəbərdarlığı edərək parlamentə öz qanun layihəsini təqdim edəcəyini açıqladı.
Publika.az xəbər verir ki, Hersoq "Facebook" hesabında dərc etdiyi çıxışda Benyamin Netanyahu hökumətinin məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran “məhkəmə islahatı” böhranını aradan qaldırmaq üçün “Xalq Qanunu” adlandırılan təklifini açıqlayıb.
"Son bir neçə həftə bizi parçaladı, İsrailin iqtisadiyyatına, təhlükəsizliyinə, cəmiyyətinə, siyasi münasibətlərinə və ən əsas,ı İsrailin bütövlüyünə ziyan vurdu", - Hersoq deyib.
Dəhşətli ritorika eşitdiyini və nifrətin şahidi olduğunu qeyd edən Hersoq vurğulayıb:
"İndiyə qədər istifadə etmədiyim bir ifadə işlədəcəm və bundan qorxmayan israilli yoxdur; əsl vətəndaş müharibəsinin əlimizdən kənarda olduğunu düşünənlərin heç bir fikri yoxdur. Vətəndaş müharibəsi qırmızı xəttdir və mən bunu etməyəcəyəm.
Netanyahu hökumətinin məhkəmə tənzimləməsi ilə bağlı danışan Hersoq deyib ki, dövlət məmurları arasında düşüncəli və məntiqli əlaqələrdə köklü və dərin bir dəyişiklik olmalıdır. Bu, mümkün olan ən geniş ortaq məxrəcə xeyir gətirməsini təmin etməlidir.
İsrailin “i24NEWS” internet saytının məlumatına görə, hakim koalisiya və ya müxalifətlə məsləhətləşmədən Hersoqun özü tərəfindən hazırlanmış qanun layihəsi ümummilli iğtişaşlar yaradan “məhkəmə islahatları”na qarşı kompromis tapmaq məqsədi daşıyır.
Qanun layihəsində İsraildə yarıkonstitusiya sayılan “Əsas Qanunlar”da ediləcək dəyişikliklərin 3 deyil, 4 iclasda müzakirə edilməsi, 80 səs çoxluğu ilə qəbul edilməsi də yer alıb.
Aydan

-
Nida Xəbər 29 Sentyabr 23:20
XİN-dən Almaniyaya: Dağlıq Qarabağ deyil, Qarabağdır!
-
İdman29 Sentyabr 22:06
"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi
-
Nida Xəbər 29 Sentyabr 21:33
Ajda Pekkan Qənirə Paşayevadan yazdı - FOTO
-
MDB29 Sentyabr 19:19
Putin orduya çağırışla bağlı fərman imzaladı
-
Nida Xəbər 29 Sentyabr 18:56
Hakan Fidan Azərbaycan xalqına başsağlığı verdi
-
Nida Xəbər 29 Sentyabr 18:38
Qarabağda müsadirə edilmiş silah-sursatın son siyahısı
-
Nida Xəbər 29 Sentyabr 18:27
Azərbaycan rəsmisi Xankəndidən şəklini paylaşdı - FOTO
-
Nida Xəbər 29 Sentyabr 18:09
Mnatsakanyan Ermənistana keçmək istəyərkən saxlanıldı