Kriminal
Xalq artistinə qarşı dələduzluğu o təşkil edibmiş: "Oçkarik" tutuldu
Xalq artisti Dolinadan 180 milyondan çox pul oğurlayan şəxsin tərcümeyi-halının təfərrüatları məlum olub. 27 yaşlı fırıldaqçı əfsanəvi cinayətkar dəstənin fəal üzvüdür.
Publika.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Kazan polisi pop ulduzu Larisa Dolinadan milyonlarla dollarlıq mənzilin oğurlanması işi ilə məşğul olan fırıldaqçını saxlayıb. Cinayət sxemində saxlanılan şəxs koordinator rolunu oynayıb: o, göstərişlər verir və cinayətin digər iştirakçılarının işinin gedişatına nəzarət edirmiş.
Əldə olunan məlumata görə, fırıldaqçı 27 yaşlı Yoşkar-Ola sakini, "Oçkarik" ləqəbi ilə "Pervaki" mütəşəkkil cinayətkar qrupunun fəal üzvü kimi Tatarıstanın kriminal dairələrində məşhurlaşan Artur Kamenetski olub. O quldurluq, soyğunçuluq və qəsb əməllərinə görə bir neçə dəfə məhkum olunub.
Taqanski məhkəməsində mühakimə olunan Kamenetski hazırda istintaq təcridxanasındadır. Paytaxtın hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda dələduzluqda ittiham edirlər.
Adəm Abbaslı
-
Hadisə19:13Bakıda insidentlə bağlı saxlanılan 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO





























_(1).jpg)









