Dünya
Norveç səfiri XİN-ə çağırıldı - Başıbəlalı mükafata görə
Norveçin Gürcüstandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Norveçin Gürcüstandakı səfiri Helen Sand keçmiş prezident Mixail Saakaşviliyə Sjur Lindebrekke mükafatının təqdim edilməsi ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomat jurnalistlərə insidentlə bağlı şərh vermədən Xarici İşlər Nazirliyini tərk edib.
Qeyd edək ki, martın 25-də Osloda Saakaşviliyə demokratiya və insan haqları sahəsində nailiyyətlərə görə mükafat verilib.
Bununla əlaqədar Norveçin Tbilisidəki səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Respublikanın baş naziri İrakli Qaribaşvili bildirib ki, mükafatın keçmiş prezidentə təqdim edilməsi norveçli terrorçu Anders Breyviki mükafatlandırmaqla eyni mahiyyət kəsb edir.
Mehti Kamiloğlu
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika2 Yanvar 20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin12 Yanvar 20:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin12 Yanvar 19:36
“Çıxışlarım son anda təxirə salınır”