Dünya
126 islam alimi İŞİD liderinə məktub yazdı
126 islam aliminin imzası ilə İŞİD lideri Əbu Bəkir əl-Bağdadiyə məktub göndərilib. Məktubda İslam ümmətinin ittifaqı olmadan xilafət elan etməyin icazəsiz olduğu bildirilib.
Axar.az xəbər verir ki, Haberler-ə alimlərdən biri, iordaniyalı vaiz Əli əl-Hələbi “Anadolu” xəbər agentliyinə verdiyi açıqlamada məktubun ən fundamental haqları əhatə etdiyini və İŞİD üzvlərindən ən azı bir nəfəri doğru yola çağırmaq üçün yazıldığını vurğulayıb.
24 ölkədən olan 126 alimin imza atdığı məktubda bunlar qeyd olunub:
"İslamda insanı günahsız yerə öldürmək, elçiləri və dolayısı ilə jurnalistləri öldürmək, kafirliyini açıq şəkildə bəyan etməyənləri kafir hesab etmək, xristianlara və kitab əhlinə (müsəlman, xristian, yəhudi) qarşı pis davranmaq, ittifaqla qaldırılan köləliyi tətbiq etmək, insanları müsəlman olmağa məcbur etmək, qadınların və uşaqların haqlarını əllərindən almaq, ölülərin cəsədlərinə zərər vermək (hər hansı bir üzvünü kəsmək), işgəncə vermək, pis işlərdə Allaha istinad etmək, peyğəmbərlərin və səhabələrin məzarlarını dağıtmaq, islam ümmətinin ittifaqı olmadan xilafət elan etmək icazəli deyil".
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi