Dünya
Çin xəbər verdi: ABŞ dünya hökmranlığı yaradan bu "silah"ını itirir

Birləşmiş Ştatlar dollardan dünyada məcburedici alət kimi istifadə edir və bununla da de-dollarizasiya tendensiyasını gücləndirir, qlobal səhnədə onun dominantlığını itirməsinə töhfə verir.
Publika.az xəbər verir ki, bu barədə Çində yerləşən “Global Times” yazır.
GT müəllifləri qeyd ediblər ki, Birləşmiş Ştatlar təkcə özbaşına birtərəfli sanksiyalar tətbiq etməklə deyil, həm də monetar monopoliya vasitəsilə öz iqtisadi risklərini dünyanın qalan hissəsinin üzərinə atmaqla dollar hegemonluğunu silahlandırıb.
ABŞ, ölkənin bir çox strateqlərini və iqtisadçılarını narahat edən qaçılmaz son dollar tendensiyası yaradır.
Jurnalistlər ABŞ-ın Rusiyaya qarşı məhdudiyyətlərini Vaşinqtonun hegemon ambisiyalarının təzahürü adlandırıblar ki, bu da digər dövlətlərin Amerika valyutasından asılılığı azaltmaq istəyini artırır. Bu ölkələr ABŞ-ın “daha aydın və daha güclü” olan “pul məcburiyyətindən” qaçmaq üçün SWIFT sistemini əvəz etməyə çalışırlar.
Jurnalistlərin fikrincə, buna görə də Çin və Braziliya dollar şəklində vasitəçidən yan keçərək real və yuanla maliyyə və ticarət əməliyyatlarının həyata keçirilməsinə dair saziş imzalayıblar. “Tarix bizə öyrədir ki, hegemonluğun tənəzzülü çox vaxt onun valyutasından başlayır”, - deyə onlar yekunlaşdırıblar.
Mehti Kamiloğlu

-
İdman11:27
ŞOK İDDİA: İkardinin arvadı Maradona ilə də... - FOTO
-
Dünya10:49
Eyfelin yanında “Allahu Əkbər” deyib turistlərə hücum etdi: 1 ölü, 2 yaralı var
-
Hadisə10:41
Şamil Əmirov İstanbulda SAXLANILDI
-
Sosial10:31
Bakının 3 rayonunda SU OLMAYACAQ
-
Sağlamlıq10:26
Bütün xəstəlikləri müalicə edən bu meyvə Azərbaycanda bitir
-
MDB09:51
Rusiya səması al-əlvan rənglərə boyandı - FOTO
-
Magazin209:12
Beyons qonaqların qarşısına uzun yarıqlı libaslarda çıxdı - FOTO
-
Magazin209:00
Məşhur müğənni konsertdən sonra QƏZAYA DÜŞDÜ - VİDEO