"Bazarstore" alıcını belə aldadıb - CƏRİMƏ EDİLDİ
Bizi izləyin

Hadisə

"Bazarstore" alıcını belə aldadıb - CƏRİMƏ EDİLDİ

Azərbaycanda ticarət şəbəkəkələrində malların alıcılara üzərindəki qiymətdən fərqli qiymətə satışı halları davam edir.

Publika.az FED.az-a istinadən xəbər verir ki, növbəti belə hal «Bazarstore» şəbəkəsində baş verib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, "Bazarstore"da qida məhsulu üzərində göstərilmiş qiymətdən baha qiymətə satılıb.

Bu isə «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 13-cü maddəsinin 1-ci bəndinin pozulması deməkdir. Baş verən pozuntuya görə, marketlər şəbəkəsinə İnzibati Xətalar Məcəlləsinin 447.01 bəndi - «Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması» üzrə protokol yazılıb.

Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə hüquqi şəxslər üzrə cərimə məbləği 4-6 min manat arasında dəyişir. Qeyd edək ki, «az miqdarda» dedikdə, 300 manata qədər olan məbləğ başa düşülür.

Xatırladaq ki, bir qədər əvvəl «Al Market» şəbəkəsi də eyni pozuntuya yol verdiyinə, yəni malı üstündə göstərilən qiymətdən baha satdığına görə cərimə edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm