Ermənistanın hərbi büdcəsi açıqlandı: Görün nə qədər artır
Bizi izləyin

Region

Ermənistanın hərbi büdcəsi açıqlandı: Görün nə qədər artır

Ermənistanın hərbi xərcləri 2025-ci ildə ÜDM-in 6%-ni təşkil edəcək ki, bu da bu illə müqayisədə 0,7% çoxdur.

Publika.az xəbər verir ki, bunu ölkənin Maliyyə Nazirliyinin rəhbəri Vahe Hovhannisyan parlament komissiyalarında büdcə dinləmələri zamanı deyib.

O bildirib ki, ümumilikdə müdafiəyə 1,7 milyard dollardan çox vəsait xərclənəcək ki, bu da hazırkı rəqəmlərdən 20% çoxdur.

Nazir onu da bildirib ki, əsaslı xərclərin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək.

Hovhannisyan müdafiə xərclərini dövlət büdcəsinin ən mühüm hissəsi adlandırıb. Onun sözlərinə görə, bu xərclər ölkənin bütün potensialını cəmləşdirir və bu, təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldiləcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm