Dünya
Krım tatarları deportasiya edilirmi? – Lavrov iddiaları şərh etdi
“Krım tatarlarının deportasiyası ilə bağlı heç bir plan yoxdur. Onlar digərləri kimi Rusiya Federasiyasının vətəndaşıdır”.
Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Krım tatarları ilə bağlı son günlər səslənən iddiaları şərh edərkən deyib.
Krımın Rusiyaya birləşəndən sonra tatar dilinin də yarımada ərazisində üç dövlət dilindən biri olduğunu deyən rusiyalı nazir tatar dilinin heç vaxt belə bir statusa sahib olmadığını bildirib.
Xatırladaq ki, Krım Tatar Məclisinin sədri Refat Çubarov bir neçə gün bundan əvvəl verdiyi açıqlamasında “Tatarlarsız Krım” doktrinası dirçəldildiyini qeyd edib. O, bildirib ki, işğal edilmiş Krımda tatarların təhlükəsizliyini hədələyən repressiyaların miqyası artır. R.Çubarov hesab edir ki, Krım hakimiyyəti Krım Tatar Məclisinin milli institutlarını məhv etmək istəyir.
“Yarımadanın işğalına qarşı çıxan yerli xalq hazırda ən zəif qrup olub. De-fakto Krım hakimiyyəti irqi, etnik və dini əlamətlər üzrə Krım tatarları barəsində sistem diskriminasiyas siyasəti aparır. Krım tatarlarına qarşı repressiyaların miqyası böyüyüb, onlar oğurlanır, evlərində, məscidlərdə, mədrəsələrdə, Krım Tatar Məclisinin ofizlərində kütləvi axtarışlar aparılır”, - Krım Tatar Məclisin sədri bildirib.
Ömər Dağlı
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO