Dünya
Rusiyada işçi tapılmır: Rekord həddə yüksəlib
Rusiyada işçi qıtlığı rekord səviyyəyə qalxıb.
Publika.az "MK.ru"ya istinadən xəbər verir ki, 2023-cü ilin birinci rübünün nəticələrinə görə, Rusiya şirkətlərində işçi çatışmazlığı 1998-ci ildən bəri rekord həddə (mənfi 18 bal) çatıb. Bu barədə Mərkəzi Bankın “Müəssisələrin monitorinqi” sorğusunun məlumatında deyilir.
Tədqiqatın iştirakçıları iqtisadiyyatın qeyri-maliyyə sektorundan olan 14 min işəgötürən olub. Ən kəskin işçi çatışmazlığı istehsal müəssisələrində (mənfi 28 bal), sənaye müəssisələrində (mənfi 25 bal), su təchizatı təşkilatlarında (mənfi 23 bal), mədənçıxarma, daşıma və anbarda (hər biri mənfi 22 bal) müşahidə olunur.
Ən aşağı kəsir avtomobil satışı sektorunda (mənfi 10 bal), topdansatış ticarət və xidmət sektorunda (müvafiq olaraq mənfi 13 və mənfi 14 bal) qeydə alınıb.
Rusiya şirkətləri əmək haqlarının indeksləşdirilməsi və kadrların hazırlanması ilə problemi həll etməyə çalışırlar. Eyni zamanda emal sektorundan olan şirkətlər qeyd edirlər ki, maaşların artırılması problemi həll etmir, xüsusən də dar profilli mütəxəssislərdən söhbət gedir.
-
İdman03:19Axtarışda olan MMA döyüşçüsü Azərbaycanda ələ keçdi
-
Qoroskop01:40Günün ulduz falı: Öz ideyalarınızı paylaşmaqdan qorxmayın!
-
Magazin223 Yanvar 23:55Narkotik testi pozitiv çıxdığı üçün "Kızılcık Şerbeti"ndən uzaqlaşdırıldı - Kanal rəhbərliyini amansızlıqda ittiham etdi
-
Ekologiya23 Yanvar 23:15Əhaliyə fevral ayı ilə bağlı XƏBƏRDARLIQ - Bu ərazilərdə yaşayanların diqqətinə!
-
ABŞ23 Yanvar 22:52ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edildi
-
Ekologiya23 Yanvar 21:41Bu gecə səmada qeyri-adi hadisə müşahidə olunacaq
-
Magazin223 Yanvar 21:27"Apokalipsis" filminin aktyoru yenə həbs edildi - Bu dəfə...
-
Sosial23 Yanvar 21:13Cavanşir Yusifov şadlıq sarayı aldı









.jpg)























