Nida Xəbər
Məşhur klinikada özünü həkim kimi təqdim edənlərin tibb təhsili yox imiş - ADLAR
Səhiyyə Nazirliyi tərəfindən Bakının Binəqədi rayonunda fəaliyyət göstərən “Verteba” klinikasında yoxlama keçirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, keçirilən yoxlama zamanı sertifikatsız, orta ixtisas tibb təhsili olmadan “fizioterapevtik” işi üzrə masaj proseduralarının həyata keçirilməsi aşkar edilib.
Həmin fəaliyyət Səadət Nəsibova, Urqaya Rzayeva və Pəri Nərimanova tərəfindən həyata keçirilib.
Nəticədə nazirlik tərəfindən klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, “Verteba” klinikası 6000 manat cərimələnib.
Qeyd edək ki, “Vertebra” Onurğa Tibb Mərkəzinin baş həkimi İradə Hacıyevadır. Holdinqin rəhbəri isə İlqar Əliyevdir.
-
Dünya05:15İran rejimi belə səhvə yol versə... - Netanyahu hədələdi
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı

































