Rusiya ABŞ və Finlandiyaya verəcəyi cavabı axtarır
Bizi izləyin

Dünya

Rusiya ABŞ və Finlandiyaya verəcəyi cavabı axtarır

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva ABŞ hərbçilərinin Finlandiyada yerləşdirilməsi məsələsinə cavab tapacaq.

Publika.az xəbər verir ki, bu barədə “TASS” məlumat yazıb.

Helsinki və Vaşinqtonun iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair sazişi müzakirə etməsi faktını "Helsingin Sanomat" qəzeti yazıb. Bu, həyata keçirilsə, ABŞ ordusuna Finlandiya torpaqlarından və bazalarından hərbi texnika saxlamaq və təlimlər keçirmək üçün istifadə etməyə imkan veriləcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə öz növbəsində bildirib ki, ABŞ-a hərbi bazalarını genişləndirmək üçün öz ərazisindən istifadə etməyə icazə verilməsi Finlandiya üçün suverenliyin itirilməsi deməkdir. Eyni zamanda, Moskva bu cür planlar barədə hesabatları izləyir və vəziyyətin gərginləşməsi halında “hərbi-texniki və digər cavab tədbirləri görməyə” hazırdır.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm