Dünya
Ukrayna münaqişəsi ilə bağlı çağırış: Hər kəs özündən başlasın
Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Berlində Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreas Mixaelis ilə danışıqlar zamanı Avropa ölkələrini Ukrayna ətrafında yaranmış böhranın əsas səbəblərini aradan qaldırmağa və sülh danışıqları üçün şərait yaratmağa çağırıb.
Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” Çin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
O, ölkələri belə bir qərar qəbul etməyə və Avropa qitəsində uzunmüddətli sabitliyi təmin etməyə çağırıb.
"Çin lideri Si Cinpinin qeyd etdiyi kimi, böhranı aradan qaldırmaq üçün heç bir maneə yoxdur, bütün tərəflər özlərindən başlamalı və qarşılıqlı etimad yaratmaqla sülh danışıqlarının bərpası üçün əlverişli şərait yaratmalıdırlar",- Hui deyib.
Qeyd edək ki, fevralın 24-də Çin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün 12 bənddən ibarət plan təqdim edib. Pekinin əsas təklifləri sülh danışıqlarının bərpası və hərbi əməliyyatların dayandırılmasıdır.
Ayşən
-
Hadisə17:10
Azərbaycanda sürücü sərnişin avtobusunu yandırdı - VİDEO
-
Yaxın Şərq16:09
Bu ölkə 13 ildən sonra Suriyaya qayıdır: Səfirlik açılır
-
Kriminal15:10
Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər
-
Kriminal14:50
Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi - ŞOK TƏFƏRRÜAT
-
İdman13:34
Ailədə söz-söhbət: İtalyan gözəl ona xəyanət edib? - FOTOLAR
-
İdman13:05
Prezidentin nəvələri Messi və dostları ilə görüşdülər - FOTO
-
Sosial12:13
Gələn ilin bayram günləri müəyyən edildi
-
Qoroskop11:17
2025-də sevgidən yarıyacaq 3 bürc: Hər an evlilik təklifi ala bilərsiniz