Dünya
Məşhurlar Ərdoğanı belə təbrik edir: Ömrümdən 40 il sənin olsun, rəis

Türkiyəli məşhurlar da Ərdoğanın qələbəsinə sevinib.
Publika.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Türkiyədə mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunun nəticələri ölkənin bir çox məşhurlarına böyük sevinc bəxş edib. Onlar Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsini səmimi duyğularla qarşılayıblar.
Sözügedən şəxslər qələbə təbriklərini şəxsi sosial şəbəkə hesablarındakı paylaşımları vasitəsilə çatdırıblar.
Həmin paylaşımlardan bir neçəsini təqdim edirik:
Sabiq futbolçu Məsut Özil İnstaqram hesabından paylaşdığı bu şəklin altına "HƏMD OLSUN" yazıb.
Məşhur müğənni Alişan Ərdoğanla şəklini paylaşaraq, "Yenə qalib gəldik. Cənab prezident, sizinlə fəxr edirik. Türkiyəmiz üçün xeyirli və uğurlu olsun" kimi sözlərdən istifadə edib.
Məşhur müğənni Orxan Gəncəbayın həyat yoldaşı Sevim Əmrə isə "Sizi ürəkdən təbrik edirəm. Sadiq və mərhəmətli prezidentim. Türkiyə qalib gəldi. Sizi qorumaq Türkiyəni qorumaqdır. Hər zaman var olun. Allah sizi qorusun" deyib.
Pop-ulduz Tuğba Ünal “Ömrümdən 40 il sənin olsun, rəis” deyə, prezident Ərdoğanı təbrik edib.
Prezident Ərdoğanı təbrik edənlər arasında müğənni Tuğba Ekinci də olub.
Həmçinin, "Poll Production"un sahibi Polat Yağcı da İnstaqram hesabından prezident Ərdoğanı təbrik edənlər arasında olub.
Mehti Kamiloğlu

-
Qarabağ 17:48
Tibbi yardıma ehtiyacı olan 23 nəfər Ermənistana aparıldı - VİDEO
-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb