Ərdoğanın qələbəsi dünyanın dörd bir yanında belə qeyd edilir - VİDEO/FOTO
Bizi izləyin

Dünya

Ərdoğanın qələbəsi dünyanın dörd bir yanında belə qeyd edilir - VİDEO/FOTO

Dünyanın dörd bir yanında Ərdoğanın qələbəsi qeyd edilir.

Publika.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi nəinki ölkə daxilində, digər dövlətlərdə də böyük sevinclə qarşılanıb.

Fələstin xalqı Ərdoğanın qələbəsini qeyd etmək üçün küçələrə axışıb. Məscidül-Əqsa qarşısında toplaşan böyük izdiham prezident Ərdoğan və Türkiyə üçün qələbə şüarları səsləndirib.

Vətəndaşlar prezident Ərdoğanın yenidən seçilməsini rəqslərlə qeyd ediblər. Fələstinlilər Türkiyə və Fələstin bayraqları ilə Qəzzada Mavi Mərmərə Abidəsi önünə toplaşıblar.

İtaliyada da Türkiyədəki seçkinin nəticələri coşğu ilə qeyd olunub. Ölkənin şimalındakı İmperiya, Komo və Modena şəhərləri başda olmaqla bir çox şəhərlərdə türklər Ərdoğanın qələbəsinə seviniblər.

O cümlədən, qətərlilər də qələbəni qeyd etmək üçün Dohada türk bayraqları ilə bir araya gəliblər.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm