Dünya mətbuatı Ərdoğanın zəfərindən yazır: Düzən dəyişəcək
Bizi izləyin

Dünya

Dünya mətbuatı Ərdoğanın zəfərindən yazır: Düzən dəyişəcək

Dünya mediası Ərdoğanın qələbəsinə diqqət çəkir.

Publika.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Türkiyədə keçirilən prezident seçkilərinin 2-ci turunda Rəcəb Tayyib Ərdoğanın Kamal Kılıçdaroğlu üzərində qazandığı açıq-aşkar qələbə dünya mediasının manşetinə çevrilib.

İngiltərənin "The Guardian" qəzeti səhər saatlarında dərc etdiyi xəbərdə prezident Ərdoğanın 20 illik hakimiyyətini uzatdığını bildirib. Xəbərdə Rusiya-Türkiyə münasibətlərinin NATO-nu tənzimləyəcəyi, düzənin dəyişəcəyi diqqətə çatdırılıb.

"Reuters" də seçkilərdə qələbədən bəhs edən agentliklər arasındadır. Xəbərdə Kılıçdaroğlu və Ərdoğanın səsvermə nisbətləri də paylaşılıb.

“The Wall Street Journal” da Ərdoğanın prezident seçkilərində qalib gəldiyini bildirib.

Yunan mətbuatının gündəmi təbii ki, Türkiyədəki seçkilər idi. Yunanıstanın “Kathimerini” qəzeti prezident Ərdoğanın qələbəsini elan edərək, növbəti aylarda nələrin baş verəcəyinin maraq mövzusu olduğunu bildirib.

CNN isə bu qələbənin tarix olduğunu bildirən xəbər yayıb. Xəbərdə Ərdoğanın “Qazanan Türkiyədir” deməsi diqqət çəkib.

"The New York Times" (NYT) öz saytında seçkilərə ayrıca səhifə ayırıb. NYT, "Prezident Ərdoğan indiyə qədərki ən böyük sınaqdan sonra yenidən seçkiləri qazandı" başlıqlı xəbərində, "Ölkənin seçki orqanına görə, Türkiyənin 20 ilin ən əhəmiyyətli siyasətçisi olan prezident Rəcəb Tayyib Ərdoğan müxalifət namizədi Kamal Kılıçdaroğlunu məğlub etdi" tipli bəyanat verib.

“Washington Post” qəzeti də apardığı təhlildə müxalifətlə sınaqda Ərdoğanın qalib ayrılmasına diqqət çəkib.

Virciniya ştatında yerləşən "Politico" xəbər saytı Ərdoğanın qələbəsini özünəməxsus şəkildə şərh edib.

"Şuruk" qəzeti, Şems Radio və Babnet xəbər saytında çıxan xəbərlərdə prezident Ərdoğanın seçkilərdə qalib gəldiyi vurğulanıb.

İraqın rəsmi xəbər agentliyi İNA mövzu ilə bağlı “Ərdoğan ən çox səs toplayaraq seçkini qazandı” xəbərini verib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm