Dünya
İran rejiminin ikiüzlü Ukrayna siyasəti - VİDEO
2022-ci il fevralın 24-də Rusiyanın Ukraynada genişmiqyaslı işğalı başlayandan qısa müddət sonra İran rəsmi şəkildə Rusiyanın tərəfini tutan azsaylı dövlətlərdən biri oldu.
Tezliklə insanlıq faciəsinə çevriləcək hadisə ərəfəsində İran prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı apardı və bu, bir çoxları tərəfindən İranın Rusiyaya dəstək verməyə hazır olduğuna əminlik yaratmaq üçün atılmış addım kimi qiymətləndirildi.
O zaman ehtimal olunan dəstəyin konturları o qədər də aydın deyildi, lakin zaman keçdikcə Kremlin başlatdığı müharibədə İslam Respublikasının rolu önəmli faktora çevrildi. İranın hakim elitası Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləmək siyasətini uzunmüddətli strateji faydaları olacaq bir addım kimi düşünüb.
Lakin reallıq budur ki, İran hökuməti müharibəni dəstəkləməklə onilliklər boyu öz vətəndaşlarına aşılamaq istədiyi prinsipləri ayaq altına atıb və İslam Respublikasının təməlində dayandığını iddia etdiyi dəyərlərə xəyanət edib. Üstəlik, Rusiya-İran ittifaqı Tehranın ümid etdiyi strateji dividendləri gətirməyə də bilər.
İran cəmiyyətində aparılan istənilən sorğu əhalinin əksəriyyətinin Rusiyanın Ukraynaya hərbi təcavüzünə qarşı olduğunu müəyyən edə bilər, amma hakim rejim ölkənin əksər vətəndaşları ilə eyni mövqeni bölüşmür.
Bu azmış kimi, o özünün başqa ölkələrə müdaxilə etməmək və imperializmə qarşı çıxmaq təcrübəsinin Ukrayna müharibəsinə dair mövqeyi ilə heç bir əlaqəsi olmadığını iddia edir. Eyni zamanda İran Rusiyaya hərbi yardımlarını, o cümlədən Moskvaya kamikadze dronlar verməsini uzun zaman təkzib edib. Daha sonra İran Xarici İşlər naziri etiraf edib ki, ölkəsi Rusiyaya az miqdarda dronlar verib, amma bu, guya Ukrayna müharibəsindən əvvəl olub.
Gerçəklik isə budur ki, Tehranın Ukraynadakı dırnaqarası “xüsusi hərbi əməliyyatı”nın lap başlanğıcından Moskvaya hərbi yardım göstərdiyini əks etdirən çoxlu məlumat və hesabatlar var.
“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı süjetini təqdim edirik:
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər