Dünya
Tramp özünü Mona Liza ilə müqayisə etdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp populyarlığından danışarkən özünü Leonardo da Vinçinin məşhur Mona Liza tablosu ilə müqayisə edib.
Publika.az xəbər verir ki, Amerikanın keçmiş lideri bu "qeyri-adi bəyanatı" Uels telekanalı S4C-yə müsahibəsində verib.
Tramp özünü Mona Liza ilə müqayisə edib. O bildirib ki, çıxışlarına çox insanın baxması onun qeyri-adi və maraqlı insan olması ilə əlaqədardır.
“Məsələn, Mona Lizanı görmək üçün dəfələrlə gedib baxanlar var və hər dəfə onu gördükcə, özlərini yaxşı hiss edirlər”-Tramp deyib.
Tramp, həmçinin pərəstişkarlarını 20-ci Broadvay şousuna gedən teatrsevərlərə və eyni mahnıları saatlarla dinləyən rok qrupunun pərəstişkarlarına bənzədib. Tramp, görüşlərinə gələn ən sadiq pərəstişkarlarını tanımağa başladığını da bildirib. Siyasətçi iddia edir ki, tərəfdarları onun dediklərinə sadəcə aşiqdirlər.
Donald Tramp pərəstişkarları haqqında sənədli filmin çəkilməsinə kömək etmək üçün uelsli jurnalist Maksin Hyuzla görüşməyə razılaşıb.
Aydan


-
Sağlamlıq06:40
Ürəyə faydalı, ömrü uzadan içki hansıdır?
-
Nida Xəbər 06:00
Əsgərimiz erməniləri ŞOKA SALDI: yanan texnikanı... - VİDEO
-
Nida Xəbər 01:30
Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı PAYLAŞIM - FOTO
-
Magazin201:11
Məşhur reperin qətlində şübhəli bilinən şəxs həbs edildi - 27 ildən sonra...
-
Dünya00:27
Livanda erməni təxribatı - 25 polis yaralandı
-
Qoroskop00:15
Günün ULDUZ FALI: Problemlərdən qurtulmaq, yeni dost tapmaq şansları var
-
Nida Xəbər 29 Sentyabr 23:20
XİN-dən Almaniyaya: Dağlıq Qarabağ deyil, Qarabağdır!
-
Magazin129 Sentyabr 23:00
Xalq artisti Qənirə Paşayevanın arzusundan yazdı