Ərzağın qiyməti ucuzlaşdı - Rəsmi açıqlama
Bizi izləyin

Dünya

Ərzağın qiyməti ucuzlaşdı - Rəsmi açıqlama

2023-cü ilin may ayında qlobal ərzaq qiymətləri 2,6 faiz azalaraq 2021-ci ilin aprelindən bəri ən aşağı səviyyəyə düşüb.

Publika.az xəbər verir ki, bu məlumatı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) təqdim edir.

Taxıl, bitki yağı və süd məhsulları ucuzlaşdığından malların maya dəyəri ucuzlaşmağa başlayıb ki, bu da şəkər və ətin bahalaşmasını kompensasiya edib. Analitiklər bunu Rusiyadan kənd təsərrüfatı məhsullarının tədarükü ilə əlaqələndirirlər ki, bu da nəqliyyat xərcləri, işçi qüvvəsi və enerji xərcləri yüksək qalsa belə, bazara təzyiq göstərir. Buna görə də tədqiqat müəllifləri istehlakçıların qiymət endirimini hiss etmələri üçün vaxt lazım olacağını bildiriblər.

Daha əvvəl FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirmişdi ki, ərzaq qiymətlərinə təzyiq iqtisadiyyatın bərpası ilə bağlı artan tələbdən qaynaqlanacaq. Təhlilçinin fikrincə, taxıl müqaviləsinin uzadılması buğda və qarğıdalının qiymətində sıçrayışdan qaçmağa kömək edəcək.

Dünya ərzaq qiymətlərinin aşağı düşməsi fonunda Böyük Britaniyada ərzağın qiyməti may ayının sonunda tarixi maksimuma yaxınlaşıb. London İqtisadiyyat Məktəbinin apardığı araşdırmaya görə, qiymətlər 2022-ci illə müqayisədə 46 faiz artıb. Ekspertlər, həmçinin vurğulayıblar ki, ölkənin Aİ-dən çıxması ilə bağlı bürokratik məhdudiyyətlər Britaniya vətəndaşlarına 6,95 milyard funt-sterlinqə və ya hər ailəyə təxminən 250 funt-sterlinqə başa gəlib.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm