Dünya
Özdağ ikinci turda Ərdoğanı niyə dəstəkləməyib? - Sinan Oğan açıqladı
Mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda Ərdoğanı dəstəkləyən Sinan Oğan ilk turda müttəfiqi olan Ümit Özdağın niyə Kamal Kılıçdaroğlunu dəstəklədiyinə aydınlıq gətirib.
Publika.az xəbər verir ki, o, bu barədə “Haber Global”-a müsahibəsində deyib. Sinan Oğan bildirib ki, Ümit Özdağ Ərdoğandan Daxili İşlər Naziri postunu tələb edib:
“Onun tələbi yerinə yetirilmədiyi üçün cənab Özdağ ikinci turda Ərdoğana dəstək vermədi”.
Sinan Oğan Ərdoğanı dəstəklədiyi üçün Millət İttifaqı tərəfindən özünə qarşı yönələn edilən tənqidlərə də cavab verib:
“İnsanlar niyə bizə qəzəblənirlər? CHP ilə bir yolu getmək məcburiyyətindəyəm? Meydanda mübarizə aparsaydınız, heç olmasa parlament çoxluğu qazanardınız. Bir sıra şübhəli şəxslərin namizədliyini irəli sürdünüz. Sonra da deyirsiniz ki, bizə dəstək ver. Bu sistem işləməzdi, Türkiyə böyük bir böhrana girərdi.
Mən məsuliyyətli dövlət xadimiyəm, Türkiyəni belə macəraya sürükləyə bilməzdim. Mən dəstək olsaydım, bəlkə də Kılıçdaroğlu qalib olardı. Amma bunu heç kim dəqiqliklə deyə bilməz. Həyat yoldaşıma, övladlarıma təhdid və təhqir məktubları gəldi. Bu linç mədəniyyəti ilə heç yerə gedə bilməyəcəklər. Qoy əvvəlcə özlərini qaydaya salsınlar”.
Aydan
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək