Dünya
Putin: “Müzakirələr vaxtında aparılsaydı, heç bir problem də olmazdı”
“Bizim partnyorlarımız riskləri açıq müzakirə etməyi lazım bilmirlər. Hansı ki, partnyorlarımız başqa qurumlara birləşəndən sonra Rusiya Federasiyası üçün risklər yaranır”.
Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin MBD dövlət başçılarının şura iclasında çıxışında deyib.
Rusiya prezidenti Avropa Birliyi ilə yaxınlaşmanın heç vaxt rəqibi olmadığını, rəhbəri olduğu ölkənin də Avropaya yaxınlaşmaq istədiyini bildirib.
“Problemlər heç də Rusiya Federasiyasının cavab və müdafiə addımları ilə əlaqədar yaranmayıb. Problem onunla bağlıdır ki, bizim partnyorlarımız riskləri vaxtında və açıq şəkildə müzakirə etməyi lazımlı hesab etmirlər. Partnyorlarımızın digər ticarət-iqtisadi birləşmələrə qoşulması həm Rusiya iqtisadiyyatı, həm də Müstəqil Dövlətlər Birliyinin digər ölkələri üçün risklər yaradır”, - deyə Rusiya lideri vurğulayıb.
V.Putin əlavə edib ki, əgər bu cür müzakirələr vaxtında aparılsaydı, heç bir problem də ortaya çıxmazdı. O, nümunə kimi Moldova və Ukraynanı göstərib.
Rusiya prezidenti vurğulayıb ki, Moskva Avropa Birliyi ilə MDB ölkələri arasında imzalanmış sənədlərin MDB-nin hüquqi bazası ilə harmonizasiyası prosesində iştirak etməyə hazırdır: “Hərçənd bu da çətin məsələdir. Amma biz Müstəqil Dövlətlər Birliyi çərçivəsində yaranmış əməkdaşlıq əlaqələrini itirməmək üçün bunu etməyə hazırıq. Biz Moldovaya buna görə dəfələrlə müraciət etdik. Amma təəssüf ki, moldovalı dostlarımızdan lazımi cavab ala bilmədik”.
Ömər Dağlı
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi