Dünya
ABŞ-dan PKK ilə bağlı şok qərar
ABŞ daxili təhlükəsizlik naziriConson ABŞ-ın terror siyahısında yer almasına rəğmən PKK terror təşkilatını “İraqda kürd bölgəsini müdafiə edən və İŞİD-ə qarşı döyüşən bir təşkilat”adlandırıb.
Publika.az “Star” qəzetinə istinadən xəbər verir ki, Nümayəndələr Palatasının daxili təhlükəsizlik komitəsinin sentyabrın 17-dəki iclasında Konqres üzvü CeysonÇefitz nazirdən Yaxın Şərqdə terror təşkilatı kimi tanınan bu qurumla əlaqəsi olan dörd nəfərin qanunsuz yolla Meksikadan ABŞ-a keçməyə çalışarkən saxlanılmaları barədə məlumatlı olub-olmadığını soruşub.
Conson isə öz növbəsində bu söhbətdən xəbəri olduğunu, lakin dəqiq məlumatının olmadığını deyib.
Ancaq Conson oktyabrın 9-da keçirilən bir tədbirdə Conson, Çefitzin sualını nəzərdə tutaraq sərhədi keçməyə çalışan dörd nəfərin yaxalandığını deyib. Conson bu şəxslərin terrorizmlə əlaqələrinin olduğunu və onların nəzarətə götürüldüyünü qeyd edib. Bu şəxslər özlərini PKK üzvü kimi təqdim ediblər.
Conson elə PKK haqqında danışan zaman “PKK, əslində, İraqda kürd bölgəsini müdafiə edən və İŞİD (İraq Şam İslam Dövləti) ilə döyüşən bir təşkilatdır” deməsi diqqətlərdən yayınmayıb.
Conson həmçinin PKK terror təşkilatı üzvlərinin ölkəyə qanunsuz yolla girdikləri üçün deportasiya edildiklərini deyib. Consonun bu sözləri həmin şəxslərin terror səbəbi ilə deportasiya edilmədiklərini və haqlarında başqa heç bir tədbir görülmədiyini göstərir.
Consonun bu sözlərindən sonra “CBS Nyus”a açıqlama verən Konqres üzvü Çefitz ABŞ-ınPKK-nı terror təşkilatı hesab etdiyini nəzərdə tutaraq: “Bu,vacib məsələdir. Bu məqam sərhədlərimizin nə qədər elastik olduğunu göstərir. Hər şeyə rəğmən, onlar terrorçudur və ölkəmizin cənub sərhədini keçməkdə heç bir çətinliklə qarşılaşmayıblar. Bu, həll etməyimiz vacib olan problemdir” deyib.
Vüsal Tağı
-
İdman00:00
"Bavariya"nın baş məşqçi postuna yeni favorit BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin17 May 21:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 7 May 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"