Dünya
Rusiya BRICS-ə müraciət etdi: Bu danışıqlar haqda məlumat istəyir
Rusiya Xarici İşlər Nazirliyi Ciddə danışıqlarından sonra BRICS-ə müraciət edib.
Publika.az xəbər verir ki, Moskva BRICS ölkələrinin Ciddədə Ukrayna böhranının nizamlanması şərtlərinə aid danışıqların təfərrüatları barədə Rusiyaya məlumat veriləcəyinə ümid edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyanat yayıb.
Onun sözlərinə görə, məsləhətləşmələrdə Qərb dövlətləri ilə yanaşı, Rusiyanın “həmfikirləri” də iştirak edib. Bu ölkələrin təşəbbüsləri və vasitəçilik səyləri, diplomatın qeyd etdiyi kimi, Moskva tərəfindən yüksək qiymətləndirilir, lakin onun bununla bağlı müvafiq xahişləri də var.
“Biz gözləyirik ki, razılaşmalara uyğun olaraq, onlar öz qiymətləndirmələrini bizimlə bölüşəcək və Kiyev rejimi və Qərbin təşviq etməyə çalışdığı qondarma “sülh formulu” ilə bağlı mövqeyimizi bir daha təsdiq edəcək”, - Zaxarova bildirib.
O həmçinin vurğulayıb ki, Ukrayna üzrə Rusiya tərəfinin iştirakı olmadan aparılan danışıqlar praktiki olaraq zərrə qədər də dəyərə malik deyil.
"Kiyev rejimindən fərqli olaraq, biz böhranın diplomatik yolla həllinə həmişə açıq olmuşuq və yenə də ciddi təkliflərə cavab verməyə hazırıq", - nazirliyin sözçüsü bildirib.
Mehti Kamiloğlu
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO