Dünya
Kerri: "Fransa İran kimi sanksiyalara məruz qala bilər"
İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalara baxmayaraq, bu ölkə ilə ticarət əlaqələrini yenidən bərpa etməyə qərar verən Fransa elə İran kimi sanksiyalara məruz qala bilər.
ABŞ dövlət katibi Con Kerri belə bir açıqlama ilə rəsmi Parisə ismarıc göndərib. "CNN"-ə müsahibə verən amerkalı diplomat İrana qarşı beynəlxalq sanksiyaların hələ də davam etdiyini xatırladıb və Fransa hökumətinə məsələ ilə bağlı xəbərdarlıq etdiklərini bildirib. Davos forumunda İranın qapılarının ticarət əməkdaşlığına açıq olduğunu deyən prezident Həsən Ruhaninin açıqlamalarını təkzib edən Kerri, mövcud şəraitdə bunun mümkün olmadığını irəli sürüb:
"Biz irana qarşı sanksiyaların davam edəcəyi ilə bağlı bütün ölkələrə məlumat göndərmişik. Bu sanksiyaları pozan istənilən ölkə sanksiyalara məruz qalacaq". Qeyd edək ki, Fransa ilə yanaşı türkiyə şirkətləri də İranla ticarət əlaqələrini canlandırmaq niyyətindədir.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR