Dünya
Çin iqtisadiyyatı çöküşdə - İşsizlik pik həddə çatdı
Dünyanın ikinci ən böyük iqtisadiyyatı pandemiyanın təsirindən qurtulmaq üçün mübarizə apararkən Çinin mərkəzi bankı 3 ayda ikinci dəfə əsas faiz dərəcələrindən birini endirib.
Publika.az BBC-yə istinadən xəbər verir ki, Çin Xalq Bankı (PBOC) bir illik kredit faiz dərəcəsini 3,55%-dən 3,45%-ə endirib. Ölkə COVİD-dən sonra əmlak böhranı, ixracın azalması və zəif istehlak xərcləri ilə üzləşib. PBOC sonuncu dəfə iyun ayında Çinin ev və biznes kreditlərinin çoxunun əsaslandığı bir illik faiz dərəcəsini azaldıb.
Tribeca İnvestisiya Tərəfdaşlarından Jun Bei Liu bildirib ki, bu addımın böyük təsir göstərməsi ehtimalı azdır. İqtisadçılar həmçinin bankın ölkənin ipoteka kreditlərinin bağlandığı 5 illik kredit faiz dərəcəsini aşağı salacağını gözləyirdilər. Keçən həftə sürpriz bir hərəkətlə qısa və orta müddətli dərəcələr də azaldılıb.
Çin iqtisadiyyatı pandemiyadan sonra bir neçə əsas problemin öhdəsindən gəlmək üçün mübarizə aparır.
Bu ayın əvvəlində ölkənin ən böyük əmlak şirkətlərindən biri olan "Country Garden", ilin ilk 6 ayı üçün 7.6 milyard dollara qədər zərər görə biləcəyi barədə xəbərdarlıq edib.
Elə həmin həftə rəsmi rəqəmlər Çinin 2 ildən artıq müddətdə ilk dəfə deflyasiyaya düşdüyünü göstərib. Bu arada, rəsmi rəqəmlər, zəif qlobal tələbin ölkənin bərpa perspektivlərini təhdid etdiyi üçün iyul ayında Çinin idxal və ixracının kəskin şəkildə azaldığını göstərib.
Ölkə iqtisadiyyatının yavaşlamasının əsas göstəricisi kimi gənclər arasında işsizlik sayının artması da göstərilir. İyun ayında Çinin şəhər yerlərində 16-24 yaş arası gənclər üçün işsizlik səviyyəsi rekord həddə çataraq 20%-dən çox olub.
Aysel Şahmar
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI