Dünya
Türkiyə-Suriya sərhədi meyit qoxur
İŞİD və YPG yaraqlıları arasında günlərdir davam edən döyüşlər nəticəsində Suruçun sərhəd kəndlərini meyit qoxusu bürüyüb.
Publika.az “Xəbər7”yə istinadən xəbər verir ki, xüsusilə Kobani sərhədindən təxminən 500 metr məsafədə olan Çəngəlli kəndində yaşayan vətəndaşlar silah səslərinə adət etmişdilər, indi də meyit qoxusuna alışırlar.
İŞİD-çilər öz yaralılarının güllələyir
Suruçun cənub-şərqindəki yerli əhali tərəfindən adı kürdcə Əlizera kimi tanınan Çəngəlli kəndinin camaatı havadan cəsəd qoxusunun gəldiyini deyir. Onların sözlərinə görə, İŞİD yaraqlıları öz yaralılarını kənd sərhədinə gətirib güllələyir və meyiti də günlər sonra gəlib götürürlər. Kənd sakinlərdən biri olan Ethem Eşiyok qeyd edib: “Qırıcıların səsi axşamlar da gəlir, yatmaq olmur.
Ölən insanların qoxuları bura qədər gəlir. 4-5 gün qalan meyidin qoxusundan yata bilmirik. Heyvanlardan daha da pis qoxu gəlir. İŞİD yaraqlıları yaralılarını güllələyirlər. Silah səslərini eşidirik. Əvvəllər qapılarımızı kilidləmədən yatırdıq. Ancaq indi İŞİD-çilər gəlib bizi də kəsəcək deyə qorxudan yata bilmirik. Sözün açığı, silah və qırıcı səslərinə öyrəşmişik. Uşaqlar da öyrəşib”.
Vüsal Tağı
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO