Dünya
Özbəkistanda dəhşətli partlayış - YENİLƏNDİ/ VİDEO

Sentyabrın 28-də saat 02:43-də (Bakı vaxtı ilə saat 01:43 – red.) Fövqəladə Hallar Nazirliyinin növbətçi şöbəsinə Daşkənd şəhərinin Sergeli rayonunda “İnşaatçılar” massivinin ərazisində yerləşən anbarlardan birində partlayış və ardınca yanğın baş verməsi barədə məlumat daxil olub”.
Publika.az xəbər verir ki, bunu ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, dərhal hadisə yerinə 16 yanğınsöndürmə briqadası və 3 nərdivan maşını cəlb olunub. Saat 02:48-də hadisə yerinə gələn ekipajlar hazırda yanğını söndürürlər.
Nazirlik diqqətə çatdırıb ki, ölənlər və xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.
Qeyd edək ki, Özbəkistan KİV-də ölkə paytaxtının hava limanının gömrük terminalı ərazisində güclü partlayışın baş verdiyinə dair məlumat yayılıb. Partlayış dalğası radiusundakı evlərə və ictimai iaşə obyektlərinə ziyan dəydiyi bildirilib.
X X X
Özbəkistanın paytaxtı Daşkəndin hava limanının gömrük anbarı ərazisində güclü partlayış olub.
Publika.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, partlayış dalğası episentrdən 30 km-yə qədər məsafədə hiss olunub.
Məlumata görə, geniş ərazini alov bürüyüb, yaxınlıqdakı evlərin pəncərələrin şüşəsi sınıb. Hadisə yerinə onlarla təcili tibbi yardım maşınları gəlib.


-
Sosial03:43
Şarlar nə dərəcədə təhlükəlidir? - VİDEO
-
İdman03:43
Ançelottiyə belə “Barsa” lazımdır: onu müdafiə etdi
-
Sosial02:42
Murad Rzayevə ağır itki
-
Magazin102:12
Hüseyn trenddəki müğənnilərə söz atdı - VİDEO
-
Gözəllik00:45
Şabalıdı manikür trend oldu - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: nəticə sizi sevindirəcək
-
Region28 Noyabr 23:24
Yüksəkvəzifəli azərbaycanlı məmurların 350 min dolları OĞURLANDI
-
Magazin228 Noyabr 22:24
"Camdakı Kız"ın Takosu görün kimlə görüntüləndi - FOTO