Maskın tərcümeyi-halı atasını qəzəbləndirdi: doğru deyil
Bizi izləyin

Dünya

Maskın tərcümeyi-halı atasını qəzəbləndirdi: doğru deyil

Amerikalı sahibkar və milyarder İlon Maskın atası Errol Mask oğlunun tərcümeyi-halının həqiqətə uyğun olmadığını bildirib.

Publika.az xəbər verir ki, Uolter İsaakson tərəfindən Maskın tərcümeyi-halı sentyabrın 12-də nəşr olunub.

"Ağır cəfəngiyat... O, hər şeyi mənə borcludur. Bunu təvazökarlıqla deyirəm. Mən əlimdən gələni etdim. Bu kitab doğru deyil. Bu, tamaşa üçün materialdır. Müəllifə e-poçt göndərdim və bunu ona bildirdim", - Errol Mask Britaniyanın “Daily Mail” qəzetinə bildirib.

Maskın atası qeyd edib ki, tərcümeyi-halda qəddar kimi təqdim edilməsi ona zərər vermir.

"Mən qəddar deyiləm. Qəddar deyiləmsə, bunlar məni niyə incitməlidir? Bu, doğrudursa, məni incidər", - Errol Mask deyib.

Daha əvvəl İspaniyanın “Mundo” qəzeti Maskın tərcümeyi-halına istinad edərək Errol Maskın oğlunu “psixoloji işgəncələrə” məruz qoyduğunu yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm