Dünya
Getdikcə daha təhlükəli olur - Quterreşdən xəbərdarlıq
Dünya ölkələri iqlim böhranının öhdəsindən gələ bilmir. Son il ərzində bu sahədəki qlobal hərəkətlər dayanıb, milli iqlim planlarında isə son elmi məlumatlar nəzərə alınmır.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ekspertlərinin yeni hesabatında bildirilib.
Hesabatda beynəlxalq birliyin hələ də qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmağa və iqlim fəlakətinin qarşısını almağa imkan verəcək adekvat tədbirlər görmədiyinə dair sübutlar təqdim olunub.
“Cari milli planlara görə, 2030-cu ilə qədər qlobal istixana qazları tullantıları 2010-cu ilin səviyyəsi ilə müqayisədə 9 faiz artacaq. Eyni zamanda, elmi məlumatlar son dərəcə aydınlıqla bunu göstərir: qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq istəyiriksə, bu onilliyin sonuna qədər tullantılar 2010-cu ilin səviyyəsi ilə müqayisədə 45 faiz azalmalıdır”, - BMT-nin Baş katibi Antonio Quterreş hesabatın dərc edilməsi ilə əlaqədar vurğulayıb.
Quterreş qeyd edib ki, iqlim xaosu daha böyük miqyasda daşqın, yanğın və quraqlığa səbəb olmaqla bütün dünyaya zərər vurduğuna görə görülməsi vacib olan hərəkətlər və real hərəkətlər arasında uçurum getdikcə daha təhlükəli olur.
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika2 Yanvar 20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ