Dünya
İsrail şokda: Fələstini daha bir ölkə tanıyır

Daha bir ölkə Fələstinin müstəqilliyini tanımaq niyyətində olduğunu açıqlayıb.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Xorvatiya xarici işlər naziri Vesna Pusiç bütün digər Avropa Birliyi ölkələri kimi ölkəsinin də Fələstininin müstəqilliyini tanımaq yolunda irəlilədiyini söyləyib.
Keçirdiyi mətbuat konfransında İsveçin Fələstini tanıdığını xatırlayan xorvatiyalı nazir ölkəsinin bu barədə qərarı bir həftə ərzində qəbul edəcəyini deyib.
Xatırladaq ki, İsveçdə yeni seçilən mərkəz-sol hökumət Fələstini dövlət olaraq tanıyacağını açıqlayıb.
İngilis parlamentində isə Fələstinin dövlət olaraq tanınması ilə bağlı təklif 12 səs əleyhinə, 274 səs lehinə olmaqla qəbul edilib. Ancaq Birləşmiş Krallıqda dövlətləri parlament deyil, hökumət tanıyır. Buna görə də parlamentin qərarı simvolik xüsusiyyət daşıyır.
İspaniya Parlamenti də 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin tanınması üçün təqdim edilən bir təklifin müzakirəsinə başlayacağı açıqlamışdı.
Ömər Dağlı

-
MDB03:13
Sovet əsgəri 40 ildən sonra vətəninə qayıtdı və ona sarıldı - VİDEO
-
Magazin101:41
Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxdı - VİDEO
-
İKT01:11
Hamilə teleaparıcı doğuş sancıları ilə EFİRƏ ÇIXDI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ulduzlar bu axşam bir sirr pıçıldayır
-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ