Saakaşvili ATƏT-in fatihəsini verdi: Dağılmış təşkilatdır
Bizi izləyin

Dünya

Saakaşvili ATƏT-in fatihəsini verdi: Dağılmış təşkilatdır

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Skopyedə (Şimali Makedoniya) ATƏT Nazirlər Şurasının iclasında iştirakına münasibət bildirib.

Publika.az xəbər verir ki, Ukraynadakı müharibə ilə əlaqədar Qərbin anti-Rusiya sanksiyaları tətbiq etməsi fonunda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Rusiya xarici işlər nazirini siyasi tədbirdə iştiraka dəvət edib. Bunu nəzərə alan Saakaşvili hesab edir ki, bu addım “nəhayət, mahiyyətcə uğursuz təşkilatı məhv edir”.

Gürcüstanın keçmiş prezidenti xatırladıb ki, 1992-ci ilin fevralında o, diplomat Zaza Qoqsadze ilə (hazırda Xorvatiyadakı səfirdir – red.) müstəqil Gürcüstan adından ATƏT rəhbərliyi ilə görüşüb.

Saakaşvili qeyd edib ki, ATƏT Daqomis sazişi çərçivəsində Sxinvaliyə missiya göndərib, “əvvəldən orası rus casusları ilə dolu olub” və 2008-ci il Rusiya-Gürcüstan müharibəsi zamanı təşkilatın rolu passiv olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm