Türkiyənin ən zəngini nə İstanbul imiş, nə Ankara - İlk yerdə...
Bizi izləyin

Dünya

Türkiyənin ən zəngini nə İstanbul imiş, nə Ankara - İlk yerdə...

Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyənin ən zəngin əyalətlərinin siyahısını açıqlayıb. Hesabata görə, İstanbul 4 trilyon 564 milyard 280 milyon TL ilə ən yüksək ÜDM-ə çatıb və ümumi ÜDM-dən yüzdə 30,4 pay alıb. Ancaq adambaşına düşən ÜDM baxımından nə İstanbul, nə Ankara, nə də İzmir siyahının başındadır.

Publika.az Türkiyənin ən zəngin vilayətləri və onlar haqqında təfərrüatları təqdim edir.

Türkiyə Statistika Təşkilatının (TÜİK) 2022-ci il üçün “Rayonlar üzrə Ümumi Daxili Məhsul (ÜDM)” hesabatını dərc etməsi ilə Türkiyənin ən zəngin vilayətləri bəlli olub. Gözlənildiyi kimi, İstanbul ümumi ÜDM-də birinci yeri tutsa da, adambaşına düşən ÜDM-də ikinci yerdə qalıb.

ÜDM-də ən yüksək paya malik ilk beş əyalət 2022-ci ildə ümumi ÜDM-in 53,9%-ni təşkil edib.

Kocaəli adambaşına düşən ÜDM-yə görə ilkdir. Bu vəziyyət 2022-ci ilin hesablamalarına görə 14 vilayətdə Türkiyə orta göstəricilərdən üstün idi. 2022-ci ildə Kocaəli adambaşına düşən ÜDM-yə görə 302 min 772 TL ilə birinci olub.

Rayonlar üzrə adambaşına düşən ÜDM hesablamalarında isə 64 min 416 TL ilə Şanlıurfa, 55 min 296 TL ilə Ağrı, 54 min 272 TL ilə Van son üç sırada iştirak etdi.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm