Dünya
İŞİD-ə qoşulan qız: ”Bu, Vyanada mümkün deyildi”
“Yeni evimdə özümü azad hiss edirəm. Mən onların qaydaları ilə çox rahatlıqla yaşaya bilərəm. Bu, Vyanada mümkün deyildi”.
Axar.az xəbər verir ki, cihad adıyla Avstriyadan Suriyaya gedib İŞİD terror qruplaşmasına qoşulan bosniyalı Sabina Selimoviç fransız jurnalı “Paris Maç”a müsahibəsində deyib.
Çeçen yaraqlı ilə evli olan 15 yaşlı Sabina Selimoviç hamilə olması ilə bağlı mediada yayılan məlumatları təkzib edib. O, həyat yoldaşı ilə iki ay eyni evdə yaşadığını bildirib. Lakin indi cütlüklər ayrı yaşayırlar. O, həyatının Avstriyadakından çox fərqli olduğunu deyib:
“Yeni evimdə özümü azad hiss edirəm. Mən onların qaydaları ilə çox rahatlıqla yaşaya bilərəm. Bu, Vyanada mümkün deyildi”.
Jurnalistlər Sabinanın sualları hər hansı bir təzyiq altında cavablandırmasını öyərənə bilməyiblər.
Xatırladaq ki, apreldə Samra Kesinoviç və Sabina Selimoviç cihad adıyla Avstriyadan Suriyaya gedərək İŞİD terror qruplaşmasına qoşulublar. Oktyabrın 13-də Samra Kesinoviç ailəsi ilə əlaqə saxlayaraq evə qayıtmaq istədiyini bildirib.
Qeyd edək ki, Avstraliya, Malayziya və bir çox Avropa ölkələrindən gənc müsəlman qadınlar Suriya və İraqa gedərək seks cihadına qoşulurlar.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO